2026/2027 mövsümünün transfer çalışmalarına start verən "Qarabağ" ilk futbolçu keçidini gerçəkləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.
Bu gün tibbi müayinədən keçən 25 yaşlı cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Muaddibin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.
Qeyd edək ki, Jali Muaddib Fransanın U-19 milli komandasının da formasını geyinib.









































































