
Almaniya II Bundesliqasında çıxış edən "Aue" klubu yeni mövsümə qələbə ilə başlayıb.
Sportnet.az-ın məlumatına görə, Ertsgebirge təmsilçisi ilk turda "Qröyter Fürt"ə səfərdə qalib gəlib - 2:0. İlk qolu Azərbaycan millisinin hücumçusu Dmitri Nazarov vurub. O, 25-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, Dmitri Nazarov bu matçda sonadək meydanda olub.