“Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində Rusiya “Arsenal"ı ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlər tükənmək üzrədir.
Sportnet.az xəbər verir ki, klubun media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, satışa çıxarılan 10 min 500 biletdən, 9 mindən çoxu artıq satılıb.
Azarkeşlər bu gün matç başlayana kimi qalan biletləri yalnız “Bakcell Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. “Neftçi” Rusiyada baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gəlib.