
Çinin Şençjen şəhərində PSJ və "Renn" komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Lungan - Universiad Sports Center" stadionunda təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 13-cü dəqiqədə "Renn"in yarımmüdafiəçisi Adrien Enu açıb. 57-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 73-cü dəqiqədə Anxel Di Mariya qoyub.
Beləliklə, PSJ 9-cu dəfə Fransa Super Kubokunu qazanıb.