
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Zirə" komandası növbəti yoxlama matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, Samir Abasovun baş məşqçi olduğu kollektiv Qətər "Əl-Vəkrah"ı ilə üz-üzə gəlib. Görüş rəqib komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı ilk yarıda "Zirə"nin kapitanı Cavid Hüseynov açsa da, "Əl-Vəkrah" tezliklə bərabərlik, ikinci hissədə isə qələbə topunu vurub.
"Zirə"nin start heyəti: 1. Orxan Sadıqlı, 14. Bəxtiyar Həsənalızadə, 5. Anastasios Papazoğlu, 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 11. Soni Norde, 8. İlkin Muradov, 4. Elvin Camalov, 48. Şafik Tiqruca, 7. Cavid Hüseynov, 18. Xulio Sezar Rodriges.