“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi III təsnifatda Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” pley-offa yüksələrsə, ilk oyunu evdə keçirəcək.
Çempionlar Yolu
"Dinamo" (Zaqreb, Xorvatiya) / "Ferentsvaroş" (Macarıstan) - "Maribor" (Sloveniya) / "Rusenborq" (Norveç)
ÇFR (Kluj, Rumıniya) / "Seltik" (Şotlandiya) - "Slaviya" (Praqa, Çexiya)
"Yanq Boyz" (İsveçrə) - "Srvena Zvezda" (Serbiya) / "Kopenhagen"
APOEL (Kipr) / "Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan) / "Ayaks" (Hollandiya)
Liqa Yolu
"Bazel" (İsveçrə) / LASK (Avstriya) - "Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna)
"İstanbul Başakşehir" (Türkiyə) / "Olimpiakos" (Yunanıstan) - "Krasnodar" (Rusiya) / "Portu" (Portuqaliya)
Qeyd edək ki, pley-off mərhələsinin matçları 20-21 və 27-28 avqustda keçiriləcək.
--------------------------------------------------
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bu mərhələdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi müəyyənləşəcək. Ağdam komandası Kipr APOEL-ini üstələyəcəyi təqdirdə, 4 cütlükdəki 8 komandadan biri ilə qarşılaşacaq:
Çempionlar Yolu
Səpələnmişlər
PAOK (Yunanıstan) / "Ayaks" (Hollandiya) cütünün qalibi
ÇFR (Kluj, Rumıniya) / "Seltik" (Şotlandiya) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) / "Kopenhagen" (Danimarka) cütünün qalibi
"Dinamo" (Zaqreb, Xorvatiya) / "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi
Səpələnməmişlər
"Yanq Boyz" (İsveçrə)
APOEL (Kipr) / "Qarabağ" (Azərbaycan) cütünün qalibi
"Slaviya" (Praqa, Çexiya)
"Maribor" (Sloveniya) / "Rusenborq" (Norveç) cütünün qalibi
"Pley-off"dan etibarən III təsnifat mərhələsinin 6 qalibinə UEFA reytinqində 12-13-cü yerləri tutan İsveçrə və Çexiya çempionları da qoşulacaqlar. III mərhələnin oyunları 6-7 avqustda və 13 avqustda olacaq. Nəticədə 4 qalib komanda Çempionlar Liqasının, onlara uduzanlar isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcəklər.
Liqa Yolu
Səpələnmişlər
"Krasnodar" (Rusiya) / "Portu" (Portuqaliya) cütünün qalibi
"Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi
Səpələnməmişlər
"İstanbul Başakşehir" (Türkiyə) / "Olimpiakos" (Yunanıstan)
"Bazel" (İsveçrə) / LASK (Avstriya) cütünün qalibi
Liqa Yolunda III təsnifat mərhələsinin 4 qalibi "pley-off"da yarışacaqlar. Nəticədə 2 qalib komanda Çempionlar Liqasının, onlara uduzanlar isə Avropa Liqasının qrup mərhələsinə düşəcəklər.
Pley-off qarşılaşmaları 20-21 avqustda və 27-28 avqustda keçiriləcək.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.