“Mən “Qarabağ”ı öz meydanındakı matçda görmüşdüm. Bu, tanıdığımız komanda idi. İlk 45 dəqiqə yaxşı oynadıq”.
Sportnet.az “sportime.sigmalive.com" saytına istinadən xəbər verir ki, bu fikirləri APOEL-in baş məşqçisi Paoli Trametsani Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə “Qarabağ”a uduzduqları (1:2) oyundan sonra söyləyib.
49 yaşlı mütəxəssis bildirib ki, birinci qolu buraxandan sonra komandası çətinliklər yaşayıb: “Daha sonra iki qolu qapımızda gördük. Bizim qol imkanlarımız oldu və qol vurmağı bacardıq”.
Trametsani öz oyunçularını yaxşı tanıdığını sözlərinə əlavə edib: “Düşünürəm ki, daha çox sistemlə mübarizə apara bilərəm. Bu komandaya qarşı oynamaq çətin idi. Qoldan sonra boş yerlər verdik və daha çətin oldu. Oyuna nəzarət edirdik. Futbolçularımla danışdım. Məsuliyyəti öz üzərimə götürürəm. Sabahdan cavab qarşılaşmasına hazırlaşacağıq. Futbolçular nəticədən məyus olublar. Hesab edirəm ki, hələ heç nə bitməyib”.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.