UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibi olan Hollandiya təmsilçisi “Ayaks” futbolçusu Hakim Ziyeş ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayına qədər Amsterdam təmsilçisinin şərəfini qoruyacaq. Mərakeşli oyunçu 2016-cı ildən Hollandiya klubunun formasını geyinir.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Kipr APOEL-ini keçəcəyi təqdirdə, PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi Nikosiyadakı ilk görüşdə 2:1 hesablı qələbə qazanıb. "Ayaks" isə Yunanıstandakı qarşılaşmadan heç-heçə ilə (2:2) qayıdıb. ÇL-in III təsnifat mərhələsinin cavab matçları avqustun 13-də olacaq.