UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 3 cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, oyunlardan 2-si eyni hesabla yekunlaşıb. Gürcüstan "Saburtalo"su ilk görüşdə "Ararat"ı Ermənistanda 2:1 hesabı ilə yenməsinə baxmayaraq, evdə 0:2 hesabı ilə uduzub. Nəticədə Ermənistan tarixində ilk dəfə "pley-off"da təmsil olunacaq.
Elə Polşada "Legiya" ilə qolsuz heç-heçə etmiş Yunanıstan "Atromitos"u da evində 0:2 hesabı ilə məğlub olub. Bununla da "Legiya" mərhələ adlayıb.
Portuqaliya "Vitoriya"sı isə Latviyada 3:0 hesabı ilə yendiyi "Ventspils"in qapısından evində 6 cavabsız top keçirib.
14 avqust
Avropa Liqası
III təsnifat mərhələsi, cavab görüşləri
20:00. "Saburtalo" (Gürcüstan) - "Ararat" (Ermənistan) - 0:2
İlk oyun - 2:1
20:00. "Vitoriya" (Gimaraynş, Portuqaliya) - "Ventspils" (Latviya) - 6:0
İlk oyun - 3:0
20:00. "Atromitos" (Yunanıstan) - "Legiya" (Polşa) - 0:2
İlk oyun - 0:0.
Qeyd edək ki, Avropa Liqasında "pley-off"a yüksələn ilk 3 komanda ötən gecə müəyyənləşib. Bunlar Şimali İrlandiya "Linfild"i, Lüksemburq "Düdelanj"ı və Slovakiya "Slovan"ıdır. Qalan 30 oyun avqustun 15-də keçiriləcək.