"Sumqayıt" Futbol Klubunun rəhbərliyi Azərbaycan Premyer Liqasının II turunda "Səbail" ilə ev oyunu zamanı təqdirəlayiq addım atıb.
Sportnet.az xəbər verir, start fitindən əvvəl bu il Sumqayıtın ən yüksək bal toplayan abituriyentləri Məhəmməd Ağamalıyev (694 bal) və Əli Ağamalıyev (676 bal) meydana dəvət olunublar.
"Sumqayıt"ın prezidenti Riad Rəfiyevlə vitse-prezident Vaqif Ömərov onlarla klubun xüsusi hədiyyəsini təqdim ediblər.
Qeyd edək ki, hər iki abituriyent Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olublar.