"Qarabağ"a gələndə tam formada deyildim. Artıq yavaş-yavaş əvvəlki formamı bərpa etməyə çalışıram. Əsas odur ki, baş məşqçi mənə güvənir və şans verir. Buna görə də məmnunam".
Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın futboluçusu Maqaye Qeye Premyer Liqanın II turunda "Qəbələ"ni məğlub etdikləri matçdan sonra söyləyib.
29 yaşlı hücumçu Şimali İrlandiya "Linfild"i ilə keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü barədə fikirlərini bölüşüb.
"Qəbələ"ilə qarşılaşmada fərqlənən fransalı oyunuçu səfər oyunlarının həmişə qəliz olduğunu vurğulayıb: "Çoxlu qol epizodları olmadı. Rəqib 3:2 hesabı ilə qələbə qazandı və 2 qolu da standart vəziyyətdən vurdu. Evdəki görüşdə daha da ehtiyyatlı olmalıyıq. Səfərdə iki qol vurduğumuza görə, cavab matçında şanslarımız qalır. Komanda yoldaşlarıma güvənirəm. Kollektivdəki oyunçuların hamısı demək olar ki, eyni gücdədir. Qarşıdakı matça köklənirik".