Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olan Adil Rami karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir, Mərakeş əsilli 33 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Raminin son klubu Fransa təmsilçisi “Marsel” olub.