
UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Sportnet.az xəbər verir ki, Monakoda baş tutan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) birgə A qrupuna düşüb.
A qrupu: "Sevilya" (İspaniya), APOEL (Kipr), "Qarabağ" (AZƏRBAYCAN), "Düdelanj" (Lüksemburq)
B qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Kopenhagen" (Danimarka), "Malmö" (İsveç), "Luqano" (İsveçrə)
C qrupu: "Bazel" (İsveçrə), "Krasnodar" (Rusiya), "Xetafe" (İspaniya), "Trabzonspor" (Türkiyə)
D qrupu: "Sportinq" (Portuqaliya), PSV (Hollandiya), "Rusenborq" (Norveç), LASK (Avstriya)
E qrupu: "Latsio" (İtaliya), "Seltik" (Şotlandiya), "Renn" (Fransa), ÇFR (Kluj, Rumıniya)
F qrupu: "Arsenal" (İngiltərə), "Ayntraxt" (Frankfurt, Almaniya), "Standard" (Lyej, Belçika), "Vitoriya" (Gimaraynş, Portuqaliya)
G qrupu: "Portu" (Portuqaliya), "Yanq Boyz" (İsveçrə), "Feyenoord" (Hollandiya), "Reyncers" (Şotlandiya)
H qrupu: MOİK (Moskva, Rusiya), "Lüdoqorets" (Bolqarıstan), "Espanyol" (İspaniya), "Ferentsvaroş" (Macarıstan)
I qrupu: "Gent" (Belçika), "Volfsburq" (Almaniya), "Sent-Etyen" (Fransa), "Aleksandriya" (Ukrayna)
J qrupu: "Roma" (İtaliya), "Borussiya" (Mönxenqladbax, Almaniya), "İstanbul Başakşehir" (Türkiyə), "Volfsberq" (Avstriya),
K qrupu: "Beşiktaş" (Türkiyə), "Braqa" (Portuqaliya), "Vulverhempton" (İngiltərə), "Slovan" (Bratislava, Slovakiya)
L qrupu: "Mançester Yunayted" (İngiltərə), "Astana" (Qazaxıstan), "Partizan" (Serbiya), AZ (Alkmaar, Hollandiya),
Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək. "Qarabağ" cari avrokubok mövsümündə, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində məhz APOEL-i keçə bilməyib (2:1, 0:2). "Düdelanj"ı isə 2016/2017 mövsümündə ÇL-in II təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb (2:0, 1:1).
----------------------------------------------------
Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.
Sportnet.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olacaq. Püşkatma nəticəsində 12 qrupun tərkibi müəyyənləşəcək. Ümumilikdə 48 komanda 4 səbətdən çıxarılacaq. Ağdam komandası 3-cü səbətdə yer alacaq.
1-ci səbət: "Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), "Portu" (Portuqaliya), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə), "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Bazel" (İsveçrə), "Sportinq" (Portuqaliya), MOİK (Moskva, Rusiya), "Volfsburq" (Almaniya), "Latsio" (İtaliya)
2-ci səbət: PSV (Hollandiya), "Krasnodar" (Rusiya), "Seltik" (Şotlandiya), "Kopenhagen" (Danimarka), "Braqa" (Portuqaliya), "Gent" (Belçika), "Borussiya" (Mönxenqladbax, Almaniya), "Yanq Boyz" (İsveçrə), "Astana" (Qazaxıstan), "Lüdoqorets" (Bolqarıstan), APOEL (Kipr), "Ayntraxt" (Frankfurt, Almaniya)
3-cü səbət: "Sent-Etyen" (Fransa), "Qarabağ" (AZƏRBAYCAN), "Feyenoord" (Hollandiya), "Xetafe" (İspaniya), "Espanyol" (İspaniya), "Malmö" (İsveç), "Partizan" (Serbiya), "Standard" (Lyej, Belçika), "Vulverhempton" (İngiltərə), "Renn" (Fransa), "Rusenborq" (Norveç), "İstanbul Başakşehir" (Türkiyə)
4-cü səbət: AZ (Alkmaar, Hollandiya), "Vitoriya" (Gimaraynş, Portuqaliya), "Trabzonspor" (Türkiyə), "Aleksandriya" (Ukrayna), "Düdelanj" (Lüksemburq), LASK (Avstriya), "Volfsberq" (Avstriya), "Slovan" (Bratislava, Slovakiya), "Luqano" (İsveçrə), "Reyncers" (Şotlandiya), ÇFR (Kluj, Rumıniya), "Ferentsvaroş" (Macarıstan)
Mərasim zamanı Avropa Liqasında ötən mövsümün ən yaxşı futbolçusunun adı da açıqlanacaq.
Qeyd edək ki, oyunlar 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.