
"Ümumi götürsək, maraqlı qrupa düşdük".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
37 yaşlı müdafiəçi rəqiblər barədə danışıb: "Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq".
Sadıqov yaxşı nəticə üçün əllərindən gələni edəcəklərini vurğulayıb.