
Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.
Sportnet.az AFFA-nın saytına isitinadən xəbər verir ki, Rumıniya yığması ilə qarşılaşan komanda 2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurub.
Qeyd edək ki, Azərbaycan millisi sabah Çexiya ilə qarşılaşacaq. Komanda ilk görüşdə Estoniyaya məğlub olub - 3:4.