"Qarabağ"ın Lüksemburqda "Düdelanj" üzərində qazandığı qələbəyə sabiq qapıçısı İbrahim Şehiç də biganə qalmayıb.
Sportnet.az-ın məlumatına görə, Türkiyə "Erzurumspor"unda çıxış edən Bosniya və Herseqovina millisinin qolkiperi bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, keçmiş komanda yoldaşlarının azarkeşlərlə birgə fotosunu paylaşaraq, "Congrats, brothers" ("Təbriklər, qardaşlar") yazıb.
Qeyd edək ki, "Qarabağ" "Düdelanj"a böyük hesabla qalib gəlib - 4:1.