
“Yoxlama oyunu keçirməkdə əsas məqsədimiz bütün komandanı iş başında görmək idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra deyib.
O, matçın yaxşı keçdiyini bildirib: "Ağır məşqlərdən sonra yoxlama oyununun vacib olduğunu düşünürəm. Futbolçulara bəzi tapşırıqlar verilmişdi. Ona görə də hər iki hissəni demək olar ki, fərqli heyətlə keçirdik. Ümumilikdə komandanın oyunundan razı qaldım. Gələn həftədən etibarən “Səbail”lə oyunun hazırlıqlarına başlayacağıq”.