"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sevilya" komandası İspaniya La Liqasının IX turunda "Levante" üzərində qələbəyə nail olub.
Sportnet.az-ın məlumatına görə, "Ramon Sançes Pisxuan" stadionundakı matçda yeganə qolu 86-cı dəqiqədə Lük de Yonq vurub.
Bununla da "Sevilya" 14 xalla 6-cı pilləyə qalxıb. Növbəti turda rəqib "Xetafe" olacaq. Görüş oktyabrın 27-də keçiriləcək.
Hazırda turnir cədvəlinə "Eybar"ı səfərdə 3:0 hesabı ilə məğlub etmiş "Barselona" 19 xalla başçılıq edir. Turu "Malyorka"ya 0:1 hesablı səfər məğlubiyyəti ilə başa vurmuş "Real Madrid" isə 2-cidir.
Qeyd edək ki, "Sevilya" Avropa Liqasında III tur matçını oktyabrın 24-də səfərdə "Düdelanj"a qarşı keçirəcək.