"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məmulatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv ilkin mərhələnin cavab matçında Kipr APOEL-ini qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə bitib. 55-ci dəqiqədə Giannis Satsias fərqlənib.
Komandalar arasında Nikosiyadakı matç 1:1 hesabı ilə yekunlaşdığı üçün "Qəbələ" növbəti mərhələyə yüksələ bilməyib və mübarizəni dayandırıb.
Qeyd edək ki, “Qəbələ” üçüncü dəfədir UEFA Gənclər Liqasında çıxış edirdi. “Qırmızı-qaralar” 2016/2017 və 2018/2019 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatılıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"i iki oyunun nəticəsində məğlub edilib - 1:1, 3:1. Lakin II raundda "qırmızı-qaralar" Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
--------------------------------------------
"Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məmulatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv I mərhələnin cavab matçında Kipr APOEL-ini qəbul edəcək.
Qəbələ şəhər stadionundakı qarşılaşmanı ukraynalı hakim Denis Şurman idarə edəcək. Komandalar arasında Nikosiyadakı matç 1:1 hesabı ilə yekunlaşıb.
Əyalət təmsilçisi I raundda APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə görüşəcək. İspaniyadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıb - 1:0.
Reqlamentə əsasən, Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 24, oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. Pley-off oyunları 11 - 12 fevralda, 1/8 final matçları 3 - 4 martda, 1/4 final görüşləri isə 17 - 18 martda keçiriləcək. Yarımfinal ilə final matçları müvafiq olaraq aprelin 17-də və 20-də Nyonda baş tutacaq. Bu mərhələlərdə qaliblər bir oyunla müəyyənləşəcək.
Qeyd edək ki, “Qəbələ” üçüncü dəfədir AFFA-nın təşkil Gənclər Liqasında çıxış edir. “Qırmızı-qaralar” 2016/2017 və 2018/2019 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. Ancaq II raundda Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
24 oktyabr
14:00. “Qəbələ” (AZƏRBAYCAN) – APOEL (Kipr) - 0:1
Qol: Giannis Satsias, 55
Qəbələ: 1. Müşviq Nadirov, 2. Rüstəm Nuruyev (k.), 4. Təbriz İsazadə, 5. İdris İnqilablı, 7. Nicat Oruclu, 8. Veysəl Rzayev, 9. Əli Mürsəlov, 10. Samir Məhərrəmli, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 17. Məhəmməd Məhərrəmov.
Ehtiyat oyunçular: 12. Əmrah Məmmədli, 3. Hüseyn Mürsəlov, 6. Rauf Məhərrəmov, 11. Rüfət Əhmədov, 15. Nemət Şıxəmirov, 16. Aqil Nəsibov, 18. Emil Səfərov.
Baş məşqçi: Famil Xəlilov
APOEL: 1. Teoduludis Georgios, 3. Konstantinos Vrontis, 4. Marios Kazakeos (k.), 5. Georgios Papatinasiu, 8. Yannis Satsias, 9. Yannis Haciyiannis, 11. Stavros Qavriel, 17. Miltiadis Hacipanayiotu, 19. Paraskevas Orfanidis
Ehtiyat oyunçular: 18. Stelios Karapatakis, 2. Giorqos Pitsillides, 6. Arsenios Dimitriu, 7. Xaralampos Miralles, 10. Nikolas Demetriu, 15. Nikolaos Poxuzuris, 20. Nikolas Neokleus
Baş məşqçi: Evangelos Samios
Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna)
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan)
UEFA nümayəndəsi: Amir Navon (İsrail)
Hakim-inspektor: Frits Ştuxlik (Avstriya)
Qəbələ şəhər stadionu
İlk oyun – 1:1