
Futzal üzrə Azərbaycan milli komandasının 2020-ci il dünya çempionatının elit-raunduna vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv buna Bakı İdman Sarayında keçirilən əsas seçmə mərhələnin 3-cü qrupunda ən azı 2-ci yeri təmin etməklə nail olub. Yığma 2-ci turda Monteneqro üzərində də əzmkar qələbə qazanıb. İlk turda Moldovanı da 3:1 hesabı ilə yenən milli komanda xallarını 6-ya çatdırıb. Qrupda birinci yeri tutmaq üçün isə oktyabrın 26-da keçiriləcək son tur görüşündə Slovakiyaya qalib gəlmək lazımdır.
İlk turda Slovakiya Monteneqonu 5:0, bu gün isə Moldovanı 7:4 hesabı ilə yenərək, növbəti vəsiqəni təmin edib.
Dünya çempionatı
Əsas seçmə mərhələ, 3-cü qrup
20:00. Azərbaycan - Monteneqro - 3:2
Qollar: Bolinya, 5. Ramiz Çovdarov, 22. Amir Şocayi, 34 - Petar Peroşeviç, 8. Aleksandar Obradoviç, 10
Azərbaycan: 12. Rovşən Hüseynli, 3. Bolinya, 6. Eduardo, 10. Vassura, 13. Amir Şocayi
Ehtiyat oyunçular: 1. Elnur Zamanov, 5. Vahid Şafiei, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Nihad İsmayılov, 11 Xətai Bağırov, 14. Hadı Ahmadi, 17. İsa Atayev, 20. İsaq Soorqali.
Baş məşqçi: Joze Alessio Da Silva.
Monteneqro: 1. Draqolyub Despotoviç, 5. Eldin Çoroviç, 10. İliya Muqoşa, 11. Marko Spasoyeviç, 16. Aleksandar Obradoviç.
Ehtiyat oyunçular: 12. Milun Sekuliç, 20. Danilo Vuçetiç, 2. Yovan Popoviç, 3. Vaso Dubak, 4. Nikola Miniç, 7. İvan Muqoşa, 8. Nikola Vidakoviç, 9. Luka Vuletiç, 13. Petar Peroseviç.
Baş məşqçi: Sveto Lyesar.
Hakimlər: İnqo Hemsot (Almaniya), Ondrjey Çernı (Çexiya), Migel Kastilyu (Portuqaliya)
Bakı İdman Sarayı