"Qarabağ"ın iki futbolçusu UEFA Avropa Liqasında həftənin rəmzi komandasına düşüb.
Sportnet.az xəbər verir ki, Kipr APOEL-i ilə matçda Ağdam təmsilçisinin qollarının müəllifi olan ispaniyalı Dani Kintana və braziliyalı Ailton Silva "11-lik"də yer alıblar.
Qapıçı: Matvey Safonov ("Krasnodar", Rusiya)
Müdafiəçilər: Ailton Silva ("Qarabağ", Azərbaycan), Ouen Veyndal ("Alkmaar", Niderland), Artyom Şabanov ("Dinamo Kiyev, Ukrayna), Serxio Eskudero ("Sevilya", İspaniya)
Yarımmüdafiəçilər: Franko Vaskes ("Sevilya", İspaniya), Tyon Kopmeyners ("Alkmaar", Niderland), Dani Kintana ("Qarabağ", Azərbaycan)
Hücumçular: Ussama İdrissi ("Alkmaar", Niderland), Roman Yaremçuk ("Gent", Belçika), Nikolas Pepe ("Arsenal", İngiltərə)
Qeyd edək ki, Dani Kintana 13-cü dəqiqədə hesabı açdığı halda, Ailton 58-ci dəqiqədə bərabərlik qolunu vurub. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.