
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:2.
Qollardan 3-ü penaltidən vurulub. 5-ci dəqiqədə Şəhriyar Əliyevə qarşı kobudluqdan sonra Mehdi Şərifi meydan sahiblərini önə keçirib. 28-ci dəqiqədə isə Stiven Monrozun qazandığı penaltini isə flaqmanın kapitanı Emin Mahmudov dəqiq yerinə yetirib. 34-cü dəqiqədə Baqali Dabo kombinasiyanı dəqiq tamamlayıb. Dabo 82-ci dəqiqədə Mahmudova daha bir penalti vurmaq imkanı qazandırıb. Kapitan bu dəfə də dəqiq olub. Bir dəqiqə sonra fransalı forvardın özü dubl edib. Matçda son nöqtəni uzatma dəqiqələrində meydan sahiblərindən Amil Yunanov qoyub.
Bu qələbədən sonra "Neftçi" xallarını 17-yə çatdıraraq, 2-ci pilləyə qayıdıb və lider "Qarabağ"la xal fərqini 5-ə endirib. 10 xala malik "Sumqayıt" isə 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun açılış matçında "Keşlə" "Qəbələ"ni 2:1 hesabı ilə yenib. "Sabah" - "Keşlə" matçında qalib müəyyənləşməyib - 2:2. Tura oktyabrın 28-də "Qarabağ" - "Səbail" matçı ilə yekun vurulacaq.
---------------
Bu gün Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma hər iki komanda üçün turnir cədvəlində irəliləmək baxımından önəmlidir. Hazırda 14 xalla 3-cü pillədə olan "Neftçi" qələbə qazanacağı təqdirdə, yenidən 2-ci pilləyə qayıdacaq və lider "Qarabağ"la xal fərqini ən azı bir gün müddətinə 5-ə endirəcək. 10 xalla 5-ci pillədə olan "Sumqayıt" isə qalib gəlsə, 1 pillə yüksələrək, "Neftçi" ilə fərqi minimuma endirəcək.
Bu komandaların ilk dövrədəki qarşılaşması qalmaqalla yekunlaşmışdı. Həmin oyunda "Neftçi"nin məşqçisi Etibar Tarıverdiyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu vurduğu üçün 10 oyunluq cəzalanmış, sonradan həmin cəza yarıbayarı azaldılmışdı. Eyni zamanda "gənclik şəhəri" təmsilçisinin kapitanı Vurğun Hüseynovla flaqmanın futbolçusu Anton Krivotsyuk davada iştirak etdikləri üçün cəzalanmışdılar.
Bu, iki klub arasında 30-cu matç olacaq. Əvvəlki qarşılaşmalardan 10-da "Sumqayıt", 15-də "Neftçi" qələbə qazanıbsa, daha 4 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "ağ-qaralar" öndədir - 47:35. Son 3 görüşdə hər iki komanda qol sevinci yaşayıb. “Sumqayıt” evdə ardıcıl iki dəfə uduzub.
Azərbaycan Premyer Liqası, IX tur
27 oktyabr (bazar)
17:30. “Sumqayıt” – “Neftçi” - 2:4
Qollar: Mehdi Şərifi, 5 (pen.). Amil Yunanov, 90+2 - Emin Mahmudov, 28; 82 (hər ikisi pen.). Baqali Dabo, 34; 83
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”
Qeyd edək ki, turun ilk iki oyununda "Keşlə" "Qəbələ"ni 2:1 hesabı ilə yenibsə, "Saçbah" "Zirə" ilə heç-heçə edib - 2:2.