
Türkiyə Super Liqasının IX turunun mərkəzi görüşü "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Vodafone Park"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 69-cu dəqiqədə Umut Nayir vurub.
Bununla da xallarını 12-yə çatdıran "Beşiktaş" 8-ci pilləyə yüksəlib. Son 8 rəsmi matçında cəmi 1 xalı olan "Qalatasaray" isə 13 xalla 7-ci pilləyə enib.
"Qalatasaray"ın yeni transferi Radamel Falkao cəza üzündən yenə meydana çıxmayıb. 33 yaşlı hücumçu artıq 20 gündür komanda ilə birgə çalışmır. "Beşiktaş" isə yeni prezidenti Ahmet Nur Çebinin rəhbərliyi altında ilk sınaqdan üzüağ çıxmağı bacarıb.