Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Sportnet.az Xəbər verir ki, turun son oyununda "Qarabağ" "Səbail"lə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunmuş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeçganə qol 86-cı dəqiqədə vurulub. Qara Qarayevin zərbəsi dəqiq alınıb.
Bu nəticədən sonra "Qarabağ" 25-ci xalını qazanıb və liderliyini daha da möhkəmləndirib. "Səbail" isə 10 xalla 4-5-ci yerləri bölüşdürür.
Qeyd edək ki, turun ilk 3 oyununda "Keşlə" evdə "Qəbələ"ni 2:1, "Neftçi" səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə yenib, "Sabah" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 2:2.
------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i sınağa çəkəcək. Qarşılaşmanı Orxan Məmmədov idarə edəcək.
Hazırda 22 xalla birinci pillədə qərarlaşan Ağdam komandası ən yaxın izləyicisi "Neftçi"ni 5 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv fərqi yenidən 8-ə çatdırmaq üçün mütləq qələbə qazanmalıdır. Bu, gələn tur flaqmanla səfərdə nəzərdə tutulan görüş öncəsi çox vacibdir. 10 xalla 4-cü pillədə olan "Səbail" isə qalib gəlsə, 3-cü pillədəki "Keşlə" ilə xal fərqini 2-yə endirəcək.
Komandalar Premyer Liqada 10-cu dəfə qarşılaşacaqlar. Əvvəlki matçların yalnız 1-də "Səbail" qalib gəlib ki, bu da texniki nəticə hesabına baş verib. 8 oyunun hamısından isə "Qarabağ" qalib ayrılıb. Son iki görüşdə 4 cavabsız qol vurmuş ağdamlıların ümumilikdə üstünlüyü 17:1 nisbətindədir.
Azərbaycan Premyer Liqası, IX tur
28 oktyabr (bazar ertəsi)
19:00. “Qarabağ” – “Səbail” - 1:0
Qol: Qara Qarayev, 86
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun ilk 3 oyununda "Keşlə" evdə "Qəbələ"ni 2:1, "Neftçi" səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə yenib, "Sabah" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 2:2.