
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun vaxtı və yeri müəyyənləşib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma noyabrın 19-da "Dalğa Arena"da təşkil olunacaq. Matç saat 18:00-da başlanacaq.