
Yaponiyanın ikinci divizionunda "Yamaqata" və "Ehime" komandaları arasında keçirilmiş oyunda qeyri-adi hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, "Yamaqata"nın futbolçuları iki baxımlı qola imza atıblar. 61-ci dəqiqədə hesab 1:0 olarkən, meydan sahibinin heyətində Şun Nakamura rəqibin uğursuz ötürməsindən sonra topu yarımmüdafiədə qəbul edib və qapıçının irəlidə olduğunu gördükdən sonra hesabı daha da artırıb.
Bu qoldan bir dəqiqə sonra Tatsuhiro Sakamoto da qapıçının irəlidə olduğunu görüb, uzaq məsafədən topu qapıya yönəldib.
Qeyd edək ki, matç "Yamaqata"nın qələbəsi ilə yekunlaşıb - 3:0.