
APOEL komandası Kiprın I Divizionunda VII turun son oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib “Nea Salamis” olub. Nikosiya təmsilçisi səfər matçından 3:0 hesablı qələbə ilə ayılıb.
Qolları 66-cı dəqiqədə Giorgios Merkis, 70-ci dəqiqədə Uroş Matiç və 74-cü dəqiqədə Andre Vidiqal vurub.
Bu nəticədən sonra APOEL 4 oyundan 12 xalla 2-ci pilləyə yüksəlib. Lider "Apollon"un 6 oyundan 14 xalı var.
Qeyd edək ki, APOEL Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alıb. İki komanda arasındakı Bakıdakı görüş heç-heçə ilə yekunlaşıb - 2:2. Nikosiyadakı qarşılaşma isə noyabrın 7-də olacaq.