Azərbaycan Kubokunda 2019/2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.
Püşkatma mərasimi noyabrın 13-də AFFA-nın inzibati binasında keçiriləcək. MOİK və "Turan Tovuz" ölkə kubokunda iştirakdan imtina edib