Aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının üzvləri ilə mənəviyyat, mədəniyyət, yaradıcılıq, insanlar arasında münasibət qurmaq, cəmiyyətdə mövqe qazanmaq kimi mövzularda müzakirələr aparılır, müxtəlif mədəni tədbirlər təşkil olunur.
Sportnet.az-ın məlumatına görə, silsilə məşğələlərə AFFA-nın təşəbbüsü ilə ötən ilin sonundan başlanılıb.
Daha sonra tədbirin davamı olaraq Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov gənc futbolçulara məşğələ keçib, bu il ikinci dəfə keçirilən Nəsimi Festivalı haqda söhbət açıb. Həmin festivalın proqramını tərtib edilməsində və gerçəkləşmsində bilavasitə koordinator qismində əməyi olan qonaq video və fotolarla festivalın yaddaqalan maraqlı məqamlarını bölüşüb.