
UEFA-nın Klub Yarışları Komitəsinin 2019-cu il avqustun 29-da Monakoda keçirilmiş iclasında 2018/19-cu il mövsümündə UEFA Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib.
Sportnet.az-ın məlumatına görə, UEFA Avropa Liqasında 2018/19-cu il mövsümündə çıxış edən klublar üçün məbləğin market pool nisbətində paylanacağı razılaşdırılıb. “Qarabağ” Futbol Klubuna ayrılan 159 698.00 avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.