Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstan "Tobol"una erməni baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Qriqori Babayandır. 39 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.
Balayev "Tobol"la 2018-ci ilin yanvarın 30-da 2 illik müqavilə bağlayıb. Kostanay təmsilçisi ötən mövsümü 63 xalla 4-cü pillədə başa vurub.
Qeyd edək ki, Qriqori Babayanın son iş yeri "Astana" olub. O, Nur-Sultan təmsilçisi ilə 5 dəfə Qazaxıstan çempionu və 2 dəfə ölkə kubokunun qalibi olub. Babayan Qazaxıstan millisində də məşqçi kimi çalışıb.