
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə günün ikinci matçında "Səbail" "ASCO Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşmada qol vurulmayıb. Komandalar arasındakı cavab matçı dekabrın 19-da Zirədə olacaq.
Günün ilk görüşündə "Qəbələ" "Sabah"ı 3:0 hesabı ilə üstələyib. 1/4 final mərhələsində ilk oyunlara dekabrın 16-da keçiriləcək "Neftçi" - Sumqayıt" və "Qarabağ" - "Keşlə" matçları ilə yekun vurulacaq.
---------------------------
Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk oyununda "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
İlk 2 qolu 19-cu və 44-cü dəqiqələrdə Klesio Bauk vurub. Son nöqtəni isə 87-ci dəqiqədə Ülvi İsgəndərov qoyub. İsgəndərov 90+2-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoysa da, "Sabah" say üstünlüyündən də yararlana bilməyib.
Cavab görüşü iyunun 19-da "Bank Respublika Arena"da keçiriləcək.
Qeyd edək ki, hazırda "Səbail" - "Zirə" matçı keçirilir. Hələlik hesab açılmayıb - 0:0. İlk oyunlara dekabrın 16-da "Neftçi" - Sumqayıt" və "Qarabağ" - "Keşlə" görüşləri ilə yekun vurulacaq.
--------------------
Bu gün Azərbaycan Kubokunda ¼ final mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmaların hamısı ötənilki cütlərdən ibarət olacaq. İlk oyun gününə iki görüş təsadüf edəcək. Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sabah"ı, ASCO Arena"da isə "Səbail" "Zirə"ni qəbul edəcək.
Ölkə kubokunun son qalibi olan "qırmızı-qaralar" paytaxt təmsilçisi ilə ölkə kubokunda üçüncü dəfə üz-üzə gələcəklər. Ötənilki matçların hər ikisində “Qəbələ” eyni hesabla qalib gəlib - 1:1. Bu komandalar Premyer Liqada mövsümün ilk yarısını hərəyə 13 xalla 6-7-ci pillələrdə başa vurublar.
"Səbail" və "Zirə" isə bir həftədən sonra yenidən görüşəcək. Dekabrın 8-də iki komanda arasında Zirədə keçirilmiş Premyer Liqanın XIV tur qarşılaşmasında meydan sahibləri böyük hesabla qalib gəliblər - 4:1. Hazırda "Səbail" 12 xalla sonuncu pillədə yer aldığı halda, "Zirə" 17 xalla 5-cidir.
Ötən mövsüm bu komandaların ölkə kubokundakı hər iki görüşündə "Zirə" minimal fərqlə qələbə əldə edib - 1:0, 3:2. “Səbail”in ev matçında hər iki komanda qol vurub.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
15 dekabr (bazar)
15:00. “Qəbələ” – “Sabah” - 3:0
Qollar: Klesio Bauk, 19; 44. Ülvi İsgəndərov, 87
Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+2 ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu
17:00. “Səbail” – “Zirə” - 0:0
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”
Qeyd edək ki, digər iki görüş dekabrın 16-da keçiriləcək. Həmin gün "Neftçi" "Sumqayıt"ı, "Qarabağ" "Keşlə"ni qəbul edəcək. Bütün görüşlər “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.