"Qarabağ"la oyunun çətin olacağını bilirdik. Bir həftə ərzində belə bir rəqibə qarşı iki dəfə oynamaq çətidir. Komanda şəklində istədiyimiz oyunu göstərə bilmədik. İnanıram ki, hazırlaşaraq, cavab görüşündə daha yaxşı çıxış edəcəyik"
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.
24 yaşlı yarımmüdafiəçi yarımfinal üçün şanslarının qaldığını bildirib: "Əlbəttə ki, şansımız var. Hər şey mümkündür. Daha istəkli və inamlı oynasaq mərhələ keçə bilərik".
İsgəndərli Premyer Liqanın birinci yarısını 23 xalla üçüncü pillədə başa vuran komandanın çempionatdakı durumu barədə danışıb: "İlk yarı bizim komandamız üçün çətin oldu. Bir neçə dəfə xal itkisi ilə üzləşdik. Amma buna da şükür etməliyik. Hazırda ilk "3-lük"də qərarlaşmışıq. Qış fasiləsindən sonra daha yaxşı olacağına inanıram. Ən azı bu yeri qorumaq istəyirik.
Nikola Yurçeviçin rəhbərliyi altında millidə debüt edən futbolçu xorvatiyalı məşqçinin istefası barədə çox danışmaq istəməyib: "Çox sağ olsun, Yurçeviç məni milliyə dəvət elədi. Debütüm onun rəhbərliyi altıənda oldu. Mənə güvənib, şans verdiyi üçün ona təşəkkür edirəm. Onun istefası ilə bağlı danışmaq istəmirəm. Yığmada baş məşqçi ilə bağlı nə qərar veriləcəksə, komandaya xeyirli olsun".
Yarımmüdafiəçi son olaraq Azərbaycanda futbolçuların danışılmış oyunlarda iştirak etməsinə münasibət bildirib. O, gənc oyunçuları da bu cür neqativ işlərdə iştirak etməməyə çağırıb: "Futbolçununun ailəsi, valideynləri və hər kəs ondan yaxşı xəbər eşitmək və onunla ilə fəxr etmək istəyir. Bu cür hərəkətlər futbolçuya yaraşmır. Bütün gənclərə məsləhətim o ola bilər ki, bu cür şeylərə aldanmasınlar".
Qeyd edək ki, "Qarabağ" və "Keşlə" komandaları arasındakı cavab matçı dekabrın 20-də saat 20:00-da başlayacaq.