2020-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək Azərbaycanın referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.
Sportnet.az-ın məlumatına görə, təqdimetmə “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutub.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras iştirak edib.