İngiltərə "Çelsi”sinin rəmzlərindən sayılan Frank Lempard
komandadan ayrılması ilə bağlı maraqlı açıqlamalar verib. Sportnet.az-ın
məlumatına görə, ölkəsinin mətbuatına danışan 36 yaşlı yarımmüdafiəçi ayrılmaq
qərarını verdikdən sonra rahatlaşdığını deyib.
"Çətin qərar idi. "Çelsi”dəki 13 illik karyeram ərzində bu
klub həyatımın bir parçası oldu. Bəli, çətin qərar idi, amma həyat davam edir.
Bununla bağlı "Çelsi” azarkeşlərinə daha dolğun açıqlama borcluyam və bunu da
edəcəyəm. Hazırda İngiltərə millisinin uğurlarına köklənmişəm. Qabağa getməyə
davam etmək üçün bu ayrılığın məni rahatlaşdırdığını belə deyə bilərəm”.
Qeyd edək ki, İngiltərə yığmasının da üzvü olan Lampard 2001-ci ildən "Çelsi”də çıxış edirdi. O, ötən mövsüm "mavilər”lə çıxdığı 20 matçın ancaq 11-də start heyətdə yer alıb. Futbolçu 2 gün əvvəl London klubundan ayrıldığını açıqlayıb.