"Futbol Rusiya ilə Ukrayna yox, Avropa deməkdir. Orada səviyyə başqadır".
Sportnet.az-ın məlumatına görə, bunu Ukrayna milli komandasının sabiq futbolçusu Andrey Voronin news.ru-ya müsahibəsində deyib. 41 yaşlı keçmiş hücumçu gəncləri Avropaya buraxmağın gərəkliyini vurğulayıb: "Qoy, onlar güclərini orada göstərsinlər. Uyğun gəlməsələr, geri qayıtsınlar. Burada isə futbol sonuncu dəfə SSRİ-də olub. Həmin vaxt meydana güclülər çıxır, stadionlar isə 50-60 min tamaşaçı ilə dolurdu".
Qeyd edək ki, Andrey Voronin Avropada Almaniyanın "Bayer" və İngiltərənin "Liverpul" kimi komandaların formasını geyinib.