Futbol üzrə İngiltərə kubokunun 1/16 finalı çərçivəsində səfərdə "Bornmut"un qonağı olan "Arsenal" klubu ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, London təmsilçisinin futbolçusu Şkodran Mustafi matçın 58-ci dəqiqəsində zədələnib.
Öz komandasının qapıçısı Damian Martineslə toqquşmada zədə alan almaniyalı müdafiəçi oyunu davam etdirə bilməyib. 28 yaşlı futbolçu meydanı xərəkdə tərk etməli olub. Lakin futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Oyun isə "Arsenal"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Mustafi 2016-cı ildə "Valensiya"dan "Arsenal"a transfer olunub.