İspaniya kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, 8 komandadan ibarət bu mərhələnin hər 4 cütlüyü müəyyənləşib.
"Real Madrid" klubu bu mərhələdə "Real Sosyedad"la, "Barselona" isə "Atletik"lə qarşılaşacaq. Digər cütlükdə isə "Qranada" evdə "Valensiya", "Mirandes" isə "Vilyareal"la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bu mərhələnin oyunları 4-6 mart tarixlərində keçiriləcək.
İspaniya kuboku, 1/4 final
"Real Madrid" - "Real Sosyedad"
"Atletik" (Bilbao) - "Barselona"
"Qranada" - "Valensiya"
"Mirandes" - "Vilyareal"