"Neftçi” Azərbaycan Premyer Liqasının XVI turunda qarşılaşacağı "Qarabağ”la oyunun hazırlığını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda üzvləri bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Qeyd edək ki, fevralın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” matçı saat 20:00-da başlanacaq.