Yunanıstanın AEL klubu bu gün baş məşqçi İvaylo Petevlə rəsmən yolları ayıracaq. Bu barədə yerli "sigmalive.com” saytı ötən gün məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, rəhbərlik 24 saat içində
bolqarıstanlı mütəxəssislə müqaviləni qarşılıqlı şəkildə pozacaq. Başqa sözlə, o, bu gün ərzində istefaya göndəriləcək. Bu isə Petevin "Qəbələ"yə məşqçi heyyəti ilə birgə gələcəyi ehtimalını yüksəldir. Yunanıstan
təmsilçisi artıq ona əvəz də tapıb. Komandaya yeni baş məşqçi kimi Nikos Panayiotunun gətiriləcəyi deyilir.
Qeyd edək ki, Bolqarıstan mətbuatı Petevin "Qəbələ” klubuna
keçəcəyini yazır.