
"Neftçi" klubunun rəsmi "Youtube" kanalı yeni layihəsini təqdim edib.
Sportnet.az-ın xəbər verir ki, "Akademiya gündəliyi" adlanan layihənin ilk buraxılışı "Neftçi TV"də yayımlanıb. Əsas komandanın üzvləri - Namik Ələsgərov, Rəhman Hacıyev və Aqil Məmmədov akademiyada çıxış edən azyaşlı futbolçuların suallarını cavablandırıblar.