
Klub rəsmisi flaqmanın bir sıra futbolçularının əcnəbi komandaların maraq dairəsində olmasına dair məsələlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, şifahi aldıqları məlumatlara ciddi yanaşmırlar. Süleymanov rəsmi təklifin yalnız Cavid İmamverdiyevlə bağlı olduğunu bildirib: "Türkiyənin I divizion təmsilçisi "Ankaraspor” komandamızın yarımmüdafiəçisi Cavid İmamverdiyevi sıralarında görmək istədiyini rəsmi şəkildə bildirib. Hazırda danışıqlarımız davam edir və yəqin ki, yaxın günlərdə bu məsələyə tam aydınlıq gələcək”.
Vitse-prezident seçim edərkən prioritet kimi hansı ölkələrə üstünlük verəcəklərini də açıqlayıb: "Avropa ölkələrindən olan futbolçular üçün Azərbaycana adaptasiya olmaq çətindir. Biz bu amilləri nəzərə alaraq, Cənubi Amerika və Afrika ölkələrindən olan legionerlərə üstünlük verəcəyik”.
O ki qaldı alınacaq futbolçuların mövqelərinə, sabiq FİFA referisi hücumçu və dayaq yarımmüdafiəçisinə daha böyük ehtiyac duyduqlarını bildirib.