
Zvonimir Boban İtaliya "Milan"ının futbol şöbəsinin müdiri vəzifəsini tərk edib. Sportnet.az-ın "Sky Sport Italia"ya istinadən məlumatına görə, bununla bağlı klubun icraçı direktoru İvan Qazidis qərar verib. Hazırda texniki direktor Paolo Maldininin də "qırmızı-qaralar"ı tərk edəcəyini bildirilir.
Boban A Seriyasının XVII turunda "Atalanta"ya 0:5 hesabı ilə uduzduqları görüşdən sonra klubun lazımi transferləri həyata keçirə bilməməsindən şikayətlənib. Bu isə "Milan"ın sahiblərinin narazılığına səbəQb olub.
Son zamanlar gündəlikdə yeni baş məşqçinin namizədlinin müzakirəsi dururdu. Həmin şəxs komandanı mövsümün sonunda və ya cari mövsümün gedişində qəbul etməli idi. Boban Qvə Maldini Massimiliano Alleqrinin namizədliyi lehinə çıxış edirdilər. Qazidis isə şəxsən komandanı komplektləşdirmək üçün səlahiyyət tələb edən Ralf Ranqnikdə israrlıdır.
Qeyd edək ki, hazırda "Milan" A Seriyasında 25 oyundan 36 xalla 7-ci yerdə gedir.