
Portuqaliya polisi İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun meneceri Jorje Mendeşin ofisində axtarış aparıb.
Sportnet.az "NBC Sports"a istinadən xəbər verir ki, Mendeş vergidən yayınmaqda şübhəli bilinir. Hüquq-mühafizə orqanları Portuqaliyanın "Portu", "Benfika" və "Sportinq" klublarının da ofislərində axtarış həyata keçirib.
Ümumilikdə 76 axtarış aparılıb, prosesdə 180-dən çox polis əməkdaşı və 101 vergi müfəttişi iştirak edib.
Polis axtarış zamanı 2015-ci ildən həyata keçirilən pul köçürmələri və digər əməliyyatları əhatə edən sənədləri götürüb. Polis sənədləri həm kağız, həm də elektron formada müsadirə edib.
Axtarışların digər təfərrüatları açıqlanmayıb.