
“Neftçi”nin sponsoru Turkish Airlines-ın dəstəyi ilə İstanbula gediş-gəliş bileti qazanmaq üçün təşkil olunan yarışın qaydalarına 8 iştirakçı doğru əməl edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, martın 7-si saat 18:00-da “Sabah” ilə keçiriləcək ev oyununun fasiləsində 8 azarkeşin iştirakı ilə penalti yarışı təşkil olunacaq. Yarışın qalibi Turkish Airlines-dan İstanbula gediş-gəliş bileti əldə edəcək. İkinci yerin sahibi tərəfdaş “Buta Qlobal Enerji Tekstil”dən hədiyyə kuponu, digər iştirakçılar isə tərəfdaş Park Cinema-nın kinoteatrlarından illik bilet qazanacaqlar.
Penalti yarışının iştirakçıları – Əlinağı Bakılı, Səbuhi Vəlizadə, Kamran Əliyev, Niyaz Niyaz, Ayxan Abdullayev, Nicat İbadov, Murad İsmayılzadə və Hafiz Nəbiyevdən “Neftçi” – “Sabah” matçının birinci hissəsi başa çatan kimi “Bakcell Arena” stadionunun ərazisində yerləşən ofisə yaxınlaşmaları xahiş olunur.
Xatırladaq ki, qaydalar aşağıdakı kimi idi:
1. Premyer Liqanın 19-cu turu çərçivəsində martın 1-i saat 17:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyununda iştirak et və stadionda selfi çək.
2. Həmin şəkli bu paylaşımın şərh bölməsində yerləşdir.
3. Həmin şəkli “Neftçi” PFK-nın və “Türk Hava Yolları”nın rəsmi Facebook səhifələrini teq etmək şərti, #GƏLƏCƏKÜÇÜNBURDAYIQ heşqeti ilə öz səhifəndə paylaş və bu paylaşımı hamı üçün açıq et.