
İngiltərə Premyer Liqasında XXIX turun mərkəzi görüşü “Mançester Yunayted” və “Mançester Siti” komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşmadan meydan sahibləri qalib ayrılıb – 2:0. Hesabı 30-cu dəqiqədə Antoni Marsyal açıb. Son nöqtəni isə 90+6-cı dəqiqədə Skott Maktominay qoyub.
Bu qələbədən sonra xalını 45-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. "Mançester Siti" isə 57 xalla 2-cidir.