İtaliyanın Milli Olimpiya Komitəsi (CONİ) ölkə ərazisində bütün idman yarışlarının dayandırılması barədə qərar qəbul edib.
Sportnet.az komitənin rəsmi saytına istinadən xəbər verir ki, yarışlar aprelin 3-dək dayandırılıb. Səbəb ölkədəki koronavirus epidemiyasıdır.
Beləliklə, futbol üzrə İtaliya A Seriyasının görüşləri də dayandırılıb. Hazırda 26 oyundan 63 xal toplayan "Yuventus" liderdir. "Latsio" 62 xalla ikinci, "İnter" 54 xalla üçüncüdür.
Qeyd edək ki, CONİ beynəlxalq yarışlara təsir edə bilmir, buna görə də ölkənin avrokuboklardakı klublarının ev matçları qrafik üzrə keçiriləcək, amma qarşılaşmalar azarkeşsiz təşkil olunacaq. COVID-19 ilk dəfə ötən ilin sonunda Çində qeydə alınıb.