AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, toplantıda "Zirə" klubunun Cavid Hüseynova 4 oyunluq cəza verilməsi barədə AFFA İntizam Komitəsinin fevralın 18-də çıxardığı qərarından şikayətə baxılıb. Tribunal apellyasiyanı qəbul etməyib.
Qeyd edək ki, Cavid Hüseynov fevralın 15-də Azərbaycan Premyer Liqasının XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində baş hakim Rəhim Həsənovu təhqir edib. Nəticədə ona birbaşa qırmızı vərəqə göstərilib. AFFA İntizam Komitəsi Hüseynovu 4 oyunluq cəzalandırıb, klubu isə 3200 manat cəriməyə məruz qoyub.