
“Oyundan əvvəl müəyyən qorxumuz olsa da, nümayiş etdirdiyimiz futbol və əldə etdiyimiz nəticəyə görə çox xoşbəxtik".
Sportnet.az xəbər verir ki, bunu Polşanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Miloş Stepinski Bakıda Azərbaycan yığmasına 5:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra deyib. 46 yaşlı mütəxəssis son dəqiqələrdə vurduqları qollardan danışarkən, qonaqpərvərliyə görə minnətdarlıq etməyi də unutmayıb: "Son dəqiqəyədək 2:0 hesabı ilə irəlidəydik. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində daha 3 qol vurmağa müvəffəq olduq. Xüsusən, əks-hücum zamanı vurduğumuz 3-cü qol Azərbaycan yığmasını bir qədər ruhdan saldı. Yeri gəlmişkən, yüksək qonaqpərvərliyə görə təşkilatçılara təşəkkür edirəm”.
Qeyd edək ki, ardıcıl dördüncü matçında məğlubiyyətlə üzləşən Azərbaycan yığması D qrupunda sonuncudur.