Çempionlar Liqasında 1/8 final mərhələsinin 4 cavab oyunundan sonra həftənin rəmzi komandası açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, "11-liy"ə Almaniya “Leyptsiq”inin 5, İspaniya "Atletiko"sunun və mübarizəni dayandıran "Valensiya"nın hərəyə 2 futbolçusu düşüb. Qalan 2 oyunçu isə Fransa PSJ-si və İtaliya "Atalanta"sındadır.
Qapıçı: Peter Qulaçi (“Leyptsiq”)
Müdafiəçilər: Dayo Upamekano, Anxelino, Lukas Klosterman (hər üçü “Leyptsiq”), Xuan Bernat (PSJ)
Yarımmüdafiəçilər: Markos Lyorente (“Atletiko”), Ferran Torres (“Valensiya”), Yosip İliçiç (“Atalanta”), Marsel Zabitser (“Lepytsiq”)
Hücumçular: Kevin Qameyro (“Valensiya”), Alvaro Morata (“Atletiko”).